AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda “Zəfər günü” konsert proqramı keçirilib - Fotolar - Özəl

  • + A
  • - A
  • 10-11-2021, 02:00


    Masallıda “Zəfər günü” konsert proqramı təşkil olunub.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 08 noyabr 2021-ci il tarixdə Masallı şəhər “Qəhrəmanlar Parkı, Şəhidlər abidə kompleksi”-nin önündə “Zəfər günü”nə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim olunub.

    İlk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Sonra konsert proqramı açıq elan olunub.

    Tədbirdə Respublikanın əməkdar artisti Səidə Şərifəliyeva, tanınmış ifaçı Rövşən Əziz, “Azərbaycanın səsi” yarışmasının qaliblərindən Nəzakət Veysəlova, “Xalq ulduzu” yarışmasının qaliblərindən Xəyalə Qafarzadə, Masallı rayon Mədəniyyət Mərkəzinin solistləri Atamoğlan Zahid, Miriş Hüseynov, Şamo İbayev və Vətən Müharibəsi qazisi tamaşaçılara vətənpərvərlik mövzularında musiqi nömrələri təqdim etdilər. Eyni zamanda Şəhid övladlarının ifasında "Zəfər günü"nə həsr olunmuş şerlər, "Halay" folklor qrupunun, Gündüz Babayevin quruluşu və iştirakı ilə Qarabağ Ritm Qrupunun rəqsləri konsertə xüsusi rəng qatıb.















    Konsert proqramında Azərbaycan televiziya rejissoru və aktyoru Elçin Məmiyev çıxış edərək Azərbaycan ordusunun qəhrəmanlığından və “Beşatılan” filmindən bəhs edib.

    Tədbirdə Ulu öndərin işğal altında olan torpaqların bir gün mütləq azad olacağı barədə tarixi çıxışı və Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş ərazilərin adlarını qürurla elan etməsini əks etdirən videoçarx nümayiş olunub.

    Konsert proqramı atəşfəşanlıqla yekunlaşıb.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR