AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda "Qarabağa qayıdış" devizi altında keçirilmiş bilik yarışı keçirilib

  • + A
  • - A
  • 13-11-2021, 22:48


    Masallı şəhər Onbirillik İncəsənət Məktəbində intellektual yarış keçirilib.
    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Masallı şəhər Onbirillik İncəsənət Məktəbində təhsil alan şagirdlər arasında intellektual yarış təşkil edilib. "Qarabağa qayıdış" devizi altında keçirilmiş bilik yarışı musiqi sahəsinin müxtəlif istiqamətlərini əhatə edib. Yarışda Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və Aparat əməkdaşları münsif qismində iştirak ediblər.

    Bilik yarışı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərin xatirəsi ehtiramla yad olunub.

    Ümumilikdə beş məktəb komandasının iştirak etdiyi intellektual yarış iki mərhələdən ibarət olub. Musiqi sahəsinə dair sualları ehtiva edən yarış maraqlı bilik mübarizəsi şəraitində davam edib. İntellektual yarışın yekun nəticələrinə əsasən "Adajio" komandası münsiflər heyəti tərəfindən mübarizənin qalibi elan olunub. Sonrakı yerlərə isə müvafiq olaraq "Andante" və "Moderato" komandaları sahib çıxıb. Qalib komanda üzvlərinə İdarə rəhbərliyi tərəfindən "Diplom" və həvəsləndirici pul mükafatları təqdim edilib.

    Qeyd edək ki, intellektual yarış şagirdlərin müəssisənin tədris proqramında nəzərdə tutulmuş biliklərə yiyələnmə və müvafiq dünyagörüşü səviyyəsini sınamaq, musiqi sahəsində mənimsənilmiş nəzəri biliklərin tətbiqi bacarıqlarını yoxlamaq, həmçinin şagirdlər arasında təhsilə marağın artırılması məqsədilə keçirilib.
    Ülkər Piriyeva







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR