AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda "Breyin rinq" intellektual bilik yarışının qalibləri mükafatlandırılıb

  • + A
  • - A
  • 18-09-2021, 01:01


    Masallıda onlayn qaydada keçirilən "Breyin rinq" intellektual bilik yarışı üzrə Rayon birinciliyinin qalibləri mükafatlandırılıb.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 16 sentyabr 2021-ci il tarixdə "Gənclər evi" sosial xidmət müəssisəsində, 15 sentyabr 2021-ci il tarixində Masallı rayon Gənclər və İdman İdarəsinin və “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Bilik Günü” nə həsr olunmuş X-XI sinif şagirdləri arasında onlayn Zoom mobil tətbiqi vasitəsilə fərdi qaydada keçirilən "Breyin rinq" intellektual bilik yarışı üzrə Masallı rayon birinciliyinin qalibləri mükafatlandırılıb.

    Belə ki, “Bilik Günü”nə həsr olunmuş intellektual yarışın əsas məqsədi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq maddələrinin yerinə yetirilməsindən, gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaqdan, onlar arasında elmin nüfuzunu artırmaqdan, gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.

    Qeyd edək ki, gərgin şəraitdə keçən bilik mübarizəsinin sonunda Şahbazzadə İlqarə Mahir qızı I yerə, İsayev Zəfər Fərrux oğlu II yerə, Qulamov Əli Sabir oğlu III yerə layiq görülüblər.

    Qaliblər Masallı rayon Gənclər və İdman İdarəsi və "Gənclər evi" sosial xidmət müəssisəsi tərəfindən diplomlarla təltif olunublar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR