AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mədəniyyət naziri Anar Kərimov “Ümumdünya Yaradıcı İqtisadiyyat Konfransı 2021” çərçivəsində Nazirlər Panelində iştirak edir

  • + A
  • - A
  • 10-12-2021, 08:15



    Azadmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov cari ilin 9 dekabr tarixində Dubay şəhərində “Ümumdünya Yaradıcı İqtisadiyyat Konfransı 2021” çərçivəsində baş tutan Nazirlər Panelində iştirak edir.

    Tədbirdə Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyət naziri xanım Noura Bint Mohammed Əl-Kaabi, İndoneziyanın turizm və yaradıcı iqtisadiyyat naziri və digər ölkələrin nazirlikləri iştirak edirlər.
    Paneldə çıxış edən nazir Anar Kərimov müasir dövrdə yeni qlobal trend kimi yaradıcılıq, eləcə də yaradıcı iqtisadiyyatın əhəmiyyətini vurğuladı, “Dayanıqlı inkişaf naminə Yaradıcı İqtisadiyyat İli” ərzində ölkədə həyata keçirilən fəaliyyətlər barədə görüş iştirakçılarını məlumatlandırdı.

    Nazir Anar Kərimov mədəniyyət sahəsinin, eləcə də mədəniyyət və yaradıcı sənayelərin (MYS-lərin) innovativ və dayanıqlı inkişafını hədəfləyən Milli Mədəniyyət Strategiyası, MYS-lər üzrə geniş məlumatlandırma, təbliğat və təşviqat işini həyata keçirən “Kreativ Azərbaycan” platforması, nazirliyin dəstəyi ilə yeni yaradılan Azərbaycan Yaradıcı Sənayelər Federasiyası barədə danışdı.

    Çıxış zamanı həmçinin 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan ərazilərin azad olunması ilə həmin ərazilərdə mədəni həyatın, eləcə də yaradıcılıq ənənələrinin yenidən dirçəldilməsi, Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunması və yenidən regionun yaradıcı mərkəzinə çevrilməsi imkanları barədə fikirlər səsləndirildi.

    Eyni zamanda, yerli və beynəlxalq tərəfdaşlarla araşdırma və planlaşdırma işləri, birgə layihələr, o cümlədən özəl sektorla birgə əməkdaşlıq, qeyri-hökumət təşkilatlarının dəstəklənməsi istiqamətində görülən işlər barədə məlumat verildi.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR