AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ege Universitetinin professoru ADAU-da “Qoruyucu torpaq becərilməsi və birbaşa əkin” mövzusunda seminar keçib

  • + A
  • - A
  • 12-04-2022, 16:30

    Ege Universitetinin professoru ADAU-da “Qoruyucu torpaq becərilməsi və birbaşa əkin” mövzusunda seminar keçib


    Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-ya dəvət olunan Ege Universitetinin professor-müəllim heyəti tərəfindən təhsilin keyfiyyətini təkmilləşdirmə fəaliyyəti üzrə universitetin fakültələrində seminarlar davam edir.

    Proqram çərçivəsində növbəti seminar ADAU-nun yeni tədris binasında Ege Universitetinin professoru Harun Yalçın tərəfindən “Qoruyucu torpaq becərilməsi və birbaşa əkin” mövzusunda təşkil olunub.

    Çıxış edən Elm şöbəsinin müdiri Elçin Nəsirov bu cür seminarların keçirilməsinin əhəmiyyətindən bəhs edərək, dinləyicilərə uğurlar arzu edib.

    Seminarda ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Aqronomluq və Torpaqşünaslıq və aqrokimya fakültələrinin professor-müəllim heyəti, bakalavr və magistr tələbələri iştirak ediblər.

    Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR