Masallı rayonu üzrə iqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə
Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, 2022-ci il iyunun 1-i vəziyyətinə rayon iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 253 nəfər və ya 1,7 faiz azalaraq 14865 nəfər olmuş, onlardan 8239 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 6626 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdlu işçilərin 23,7 faizi məhsul istehsalı sahələrində, ondan 20,1 faizi sənaye (o cümlədən 0,01 faizi mədənçıxarma, 17,6 faizi emal, 1,5 faizi elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı) sahələrində, 1 faizi tikinti, 2,6 faizi kənd təsərrüfatı, ovçuluq və meşəçilik sektorunda məşğul olublar.
Xidmət sahələrində çalışanların 31,8 faizi təhsil, 23,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,4 faizi səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 0,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,6 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,1 faizi peşə, elmi və texniki fəaliyyət, 0,8 faizi maliyyə və sığorta, 1,1 faizi informasiya və rabitə, 0,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 0,1 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində çalışıblar.
2022-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 38,1 faiz artaraq 585,0 manat olmuşdur. İqtisadiyyatın elektrik enerjisi,qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, maliyyə və sığorta fəaliyyəti, Dövlət idarəetməsi və müdafiə,sosial təminat, təshil,əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Masallı Rayon Statistika İdarəsi
Xəbər - Rəmzi Şahverdiyev