AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Eskişehir Azərbaycanlıları Dərnəyi tərəfindən "Çərşənbə Söhbətləri" proqramı baş tutub - FOTO - ÖZƏL

  • + A
  • - A
  • 4-11-2022, 20:31


    Eskişehir  Azərbaycanlıları Dərnəyi tərəfindən "Çərşənbə Söhbətləri" proqramı baş tutub - FOTO - ÖZƏL


    Azadmedia.az-ın Türkiyə bürosu xəbər verir ki, Eskişehir Azərbaycanlıları Dərnəyi tərəfindən ənənəvi olaraq reallaşdırılan "Çərşənbə Söhbətləri" çərçivəsində 03.11.2022-ci il tarixində TÜGİAD sədri və iş adamı Serkan Can Zengin Harvard Universitetindən Dr. Tony Waqnerin irəli sürdüyü “21-ci Əsrin Bacarıqları” çərçivəsində “İş'də sən” başlığı ilə çıxış edib.

    Belə ki, çıxış zamanı bu bacarıqların əsas başlıqları ifadə edilib, sonra onların hamısı haqqında məlumat paylaşılıb. Fərdlərin özlərinə uyğun iş axtardıqları zaman işdə ən yaxşı olmaqla bərabər, həmin işdə ünsiyyət bacarıqlarının ən yüksək səviyyədə olmasının önəmi vurğulanıb.

    Virtual dünya zaman və məkan baxımından üstünlük təmin etsə də, ünsiyyət baxımından bacarıqları müəyyən qədər zəiflətmişdir. Ünsiyyətin əhəmiyyəti müxtəlif örnəklərlə izah edilmiş və ünsiyyətdə ilk 15 saniyənin önəmli olduğu xüsusi vurğulanıb.

    Çıxışın sonunda iştirakçı tələbələrə CV-lərinin mövcud vəziyyətinə uyğun olaraq təcrübə keçmək imkanı təklif olunub və xatirə şəkli çəkdirilib.

    Eskişehir Azərbaycanlılar Dərnəyi
    Layihə kordinatoru
    Fin. Uzm. Bəxtiyar Qarayev









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR