AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Respublikasının Xalq artisti, Prezident təqaüdçüsü, tanınmış tarzən Fikrət Süleyman oğlu Verdiyev vəfat edib

  • + A
  • - A
  • 22-12-2022, 12:31

    Azərbaycan Respublikasının Xalq artisti, Prezident təqaüdçüsü, tanınmış tarzən Fikrət Süleyman oğlu Verdiyev vəfat edib


    Azadmedia.az - Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Azərbaycan Respublikasının Xalq artisti, Prezident təqaüdçüsü, tanınmış tarzən Fikrət Süleyman oğlu Verdiyev vəfat edib.

    Fikrət Verdiyev 1947-ci il sentyabrın 2-də Gəncə şəhərində anadan olub. 1957-1962-ci illərdə Gəncə şəhər 1 saylı musiqi məktəbində tar sinfində oxuyub. 1962-ci ildə məktəbi bitirərək Qəmbər Hüseynli adına Gəncə orta ixtisas musiqi məktəbində təhsil almağa başlayıb.

    Təhsil illərində bir sıra özfəaliyyət kollektivlərinə rəhbərlik etməyə başlamışdır. 1966-cı ildə Gəncədə təhsilini başa vuraraq Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. 1969-cu ildə Gəncədə istedadlı musiqiçiləri bir araya toplayaraq “Göygöl” Mahnı və Rəqs Ansamblını yaradıb.

    Fikrət Əmirov daim öz sənəti ilə milli ifaçılığımızın ənənələrini qorumağa, özünəməxsus ifa üslubu yaratmağa nail olmuş, böyük dinləyici rəğbəti qazanıb. Məharətlə ifa etdiyi muğamlar, xalq və bəstəkar mahnıları minlərlə dinləyicinin qəlbində silinməz iz buraxıb.

    Fikrət Verdiyevin işıqlı xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaq.

    Allah rəhmət eləsin!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR