AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Samir Nuriyev Fuad Nəcəflini Naxçıvan ictimaiyyətinə təqdim etdi - Fotolar

  • + A
  • - A
  • 23-12-2022, 14:38

    Samir Nuriyev Fuad Nəcəflini Naxçıvan ictimaiyyətinə təqdim etdi - Fotolar


    Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflini muxtar respublikanın ictimaiyyətinə təqdim edib.

    Samir Nuriyev təqdimat mərasimində çıxış edərək bildirib ki, Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun yaradılması effektiv idarəçiliyin təmin edilməsi, vətəndaşla dövlət orqanları arasında dialoqun müasir tələblər səviyyəsində və qanun çərçivəsində qurulması, iqtisadi, sosial, mədəni və digər məsələlərin operativ və səmərəli həlli məqsədi daşıyır.

    Samir Nuriyev muxtar respublikanın yeni rəhbərliyinin qarşıda duran vəzifələrin vaxtında, tam və səmərəli şəkildə icrasını təmin etməklə Azərbaycan Prezidentinin göstərdiyi böyük etimadı doğruldacağına ümidvar olduğunu deyib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR