AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Siyasi Şərhçi, Zəfər Partiyasının qurucu üzvü Yakup Girginerlə "Türk Dünyası Birliyi Türk Dövlətləri Təşkilatı və Zəngəzur dəhlizi ilə bağlı” ÖZƏL REPORTAJ

  • + A
  • - A
  • 26-12-2022, 10:00

    Siyasi Şərhçi, Zəfər Partiyasının qurucu üzvü Yakup Girginerlə "Türk Dünyası Birliyi Türk Dövlətləri Təşkilatı və Zəngəzur dəhlizi ilə bağlı” ÖZƏL REPORTAJ

    Zəfər Partiyasının qurucu üzvü,
    Mərkəz İntizam heyəti Üzvü,
    Siyasi Şərhçi Yakup Girginer


    "TDT çox qısa müddətdə Türk Birliyini quracaqdır, Türk dövlətlərinin ortaq Ordusu, ortaq Əlifbası olacaqdır."
    “Zəngəzur dəhlizinin reallaşması ilə Türk Dünyasının mədəni, iqtisadi, logistik və siyasi əlaqələri güclənəcəkdir

    Bu fikirləri Azadmedia.az-ın Redaktoru Ülkər Piriyevaya olan açıqlamasında
    Siyasi Şərhçi, Zəfər Partiyasının qurucu üzvü Yakup Girginer bildirib.


    Qarabağın, daha sonra Zəngəzur dəhlizinin Türkiyə, Azərbaycan və Türk dünyası üçün əhəmiyyəti ilə bağlı fikirləriniz?

    Siyasi Şərhçi Yakup Girginer – “İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin mütləq üstünlüyü ilə başa çatdıqda regionda qüvvələr balansının yenidən formalaşmasına yol açıldı. Belə ki, müharibədən sonra imzalanan müqavilədə Ermənistanın 30 ilə yaxındır ki, əlində saxladığı torpaqlardan çıxacağı nəzərdə tutulmuşdu və burada yaradılacaq etimad mühiti sayəsində yeni nəqliyyat dəhlizlərinin həyata keçiriləcəyi bildirilmişdi. İş o yerə çatıb ki, Orta Asiyadan Azərbaycana çatan nəqliyyat dəhlizləri bu məqamda bıçaq kimi kəsilib, Azərbaycanın Naxçıvanla, bununla yanaşı Türkiyə ilə əlaqəsinin qarşısı alınıb. Düşündüyümüzdə, nəqliyyat dəhlizinin bərpası uzun və məşəqqətli bir prosesdir. Lakin bu baş verərsə, Zəngəzur dəhlizi Asiya və Avropanı Azərbaycan üzərindən birləşdirən bir çox tranzit nəqliyyat layihələri üçün yeni imkanlar açacaqdır. Bu, Azərbaycanın Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirəcək. Həmçinin, dəmir və avtomobil yollarının tikintisi ilə Zəngəzur dəhlizi regionda investisiya mühitinin yaradılması və bununla da bölgə iqtisadiyyatının inkişafına töhfə verəcək,” – bildirib.

    İranda proseslər getdikcə dərinləşir, Zəngəzur dəhlizi bağlı təşvişin əsas səbəbi?

    Girginer bununla yanaşı “Rusiya ilə İran arasında dəmir yolu xətti üçün yeni imkanlar açılacaq və gələcəkdə bu dəhlizin verdiyi imkanlardan Ermənistan da yararlanacaq. Özünü regional güc kimi görən İran Azərbaycanın İranda yaşayan azərbaycanlılar üçün cazibə mərkəzinə çevriləcəyindən ehtiyat edir və Zəngəzur dəhlizinin açılması ilə Ermənistanla əlaqəsinin kəsiləcəyi üçün Qara dənizlə əlaqəsinin qarşısının alınacağını proqnozlaşdırır. Bu vəziyyət İranda həm də özünün zərərinə sərhəd dəyişikliyi və geostrateji reqressiya kimi qiymətləndirilir. İran üçün bu, Qara dənizə və Rusiyaya çata bilməmək, Qafqazda təsirini azaltmaq gücünü itirmək kimi qəbul edilir. İranın bütün bu arqumentləri və qayğıları bir tərəfə, Zəngəzurla bağlı təşvişin əsas səbəbi Azərbaycan və Türkiyənin regionda fəallaşması qorxusudur. Çünki İkinci Qarabağ Müharibəsində Türkiyə və Azərbaycan arasında həmrəylik və hərbi əməkdaşlıq sayəsində iki aktor regionda yüksələn güclər kimi seçilir,”- deyə vurğulayıb.

    O həm də, “Eyni zamanda, bu layihənin əsas üstünlüyü ondan ibarətdir ki, bu iqtisadi töhfə və nəqliyyat infrastrukturunun üstünlüyü təkcə Naxçıvan və Azərbaycanla məhdudlaşmayacaq, həm də regional miqyasda mühüm müsbət nəticələr verəcəkdir. Bu baxımdan Zəngəzur dəhlizi region ölkələrinin, o cümlədən Ermənistanın iqtisadi inkişafına töhfə vermək potensialına malik olan sülh layihəsi kimi qiymətləndirilməlidir. Bu istiqamətdə Şərq-Qərb nəqliyyat dəhlizinin tikintisi nəticəsində avtomobil və dəmir yollarının çəkilməsi Naxçıvanın inkişafına imkanlar yaradacaq. Cənubi Qafqaz daşımalarının əhəmiyyətinin artması ilə Avropa və Asiyanı birləşdirmək imkanları inkişaf edəcəkdir. Gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttində yarana biləcək nəqliyyat problemlərini həll etməklə Çinin Avropaya ən qısa marşrutla yük çatdırmaq imkanları artacaq. Dəhlizin açılması məsafəni azaldacaq və gömrük rəsmiləşdirilməsi üçün əlverişli şərait yaradacaq. Dəhliz region ölkələri arasında kommunikasiyaya müsbət təsir göstərəcək və Türkiyə ilə Azərbaycan arasında yol məsafəsini azaldacaq. Dəhliz boyu Mərkəzi Asiya ilə Avropa arasında Xəzər və Türkiyədən keçəcək marşrut fasiləsiz həyata keçiriləcək. Bir sözlə, Zəngəzur dəhlizinin reallaşması ilə Türk Dünyasının mədəni, iqtisadi, logistik və siyasi əlaqələri güclənəcəkdir,” – nəzərə çatdırıb.

    Y.Girginer – “Şükürlər olsun ki, Qarabağımızda işlər yoluna girdi. Orada qalan ermənilərin də getməsini arzu edirik. Çünki bizə çox çəkdirdilər. Xocalı qətliamı başda olmaq üzrə, tarixə qeyd etdiyimiz mövzular var. Zəngəzur dəhlizinin təcili açılması lazımdır. Qeyd edim ki, Qarabağla Naxçıvan arasındakı torpaq rusların hiyləsi ilə Ermənistan torpağı adlandırıldı. Əsli, Can Azərbaycan torpağıdır. İndi öz torpağımızdan bağladığımız müqaviləyə əsasən, biz tranzit dəhlizinin olmasını istəyirik. Zəngəzur dəhlizi Türkiyəni Azərbaycanla və bizim Türküstan coğrafiyamızla birləşdirəcək dəhlizdir. Bəli, Türkmənistan təbii qazı və nefti təcili olaraq Xəzər dənizindən Azərbaycana birləşdirilməlidir. Sonra Türkiyəyə gəlməli və Avropaya Türkmənistan satmalıdır. Rusiyanın xətti isə narahatdır. Əgər Rusiya sata bilməzsə və ya pulunu ödəməsə, Türkmənistanımız çətinliyə düşə bilər,” – deyə səsləndirib.

    Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü - Türk dünyasının birliyi baxımından önəmi?

    Siyasi Şərhçi Y.Girginer – “Can Azərbaycan Güney Azərbaycan haqqında necə düşünürsə, Türkiyə türkləri də eyni dərəcədə düşünməkdədir. Bəli, Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətini tanımalıdır. Bizim ən önəmli mövzumuz, Türk Dövlətləri Təşkilatı adlı təşkilatdır. Necə ki, Avropa birliyi və Ərəb birliyi varsa, təbii ki, Türk birliyi də olacaq. Bu olmalıdır. Artıq baş tutmaq üzrədir. Özbəkistanımızın Səmərqənd şəhərində 9-cu dəfə keçirilən Türk Dövlətləri Təşkilatı başçılarının Zirvə toplantısında Baş Katibliyə gətirilən qırğız qardaşımız Kubanıçbek Ömüralıyevdir. Onu da qeyd edim ki, bütün dünyaya məlumdur ki, Azərbaycan və Türkiyə öz təşəbbüsləri ilə türk dövlətləri arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edir. Ümumiyyətlə, türk dövlətləri arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində səylər artırılır. Əlbəttə ki, qlobal təhdidlərin çoxaldığı indiki həssas dönəmdə isə türkdilli dövlətlərin daha sıx həmrəylik nümayiş etdirmələri xüsusilə önəm daşıyır.
    Bu təşkilat çox qısa müddətdə Türk Birliyini quracaqdır. Bəs buna nail olanda nə baş verəcək? Türk dövlətlərinin Ortaq Ordusu, ortaq əlifbası olacaqdır. Gömrüklər təsnif ediləcəkdir. Pasport tələb olunmadan şəxsiyyət vəsiqələri ilə səyahət sərbəst olacaqdır. Ən vacibi isə Güc artımı olacaqdır. Beləliklə, hər dövlət özlüyündə 350 milyonluq Türk Dünyasının gücünü hiss edəcəkdir. Qardaşlar daha da yaxınlaşacaqlar. İsmayıl Qaspıralın dediyi kimi – “Dildə, fikirdə, işdə birlik” ön plana çıxacaqdır. Hər bir Azərbaycan türkünün xoşbəxt və rahat olması Türkiyə türklərini sevindirəcəkdir. Azərbaycana salamlar,” – deyə qeyd edib.

    Bütün Azərbaycan türklərinə sevgi və sayğılarım ilə..
    Yaşam dünyası Türk dünyası olan Yakup Girginer



    Ülker Piriyeva - ANKARA


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR