AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrailin ifrat sağçı naziri fələstinlilərə qarşı etnik təmizləmə çağırışı etdi - SON DƏQİQƏ

  • + A
  • - A
  • 1-03-2023, 23:47

    İsrailin ifrat sağçı naziri fələstinlilərə qarşı etnik təmizləmə çağırışı etdi -




    Bakı, 1 mart - Azadmedia.az

    İsrailin ifrat sağçı naziri fələstinlilərə qarşı etnik təmizləməyə çağırıb.

    İsrailin maliyyə naziri Bezalel Smotrich, işğal altındakı İordan çayının qərb sahilində yəhudi mühacirlər tərəfindən təşkil edilmiş hücumların hədəfinə çevrilən Fələstinin Huvvara qəsəbəsinin "yer üzündən silinməli olduğunu" söyləyib.

    Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi hökumət koalisiyasının tərəfdaşlarından biri olan ifrat sağçı Dini Sionizm Partiyasının lideri Smotriç yəhudi mühacirlər tərəfindən Fələstinlilərə qarşı Huvvara qəsəbəsinin cənubundakı kütləvi hücumlarına dəstək verərək, bölgədə etnik təmizləmə aparmağa çağırıb.

    Smotriç irqçi açıqlamalarının İsrail mətbuatına əks olunmasından sonra yazılı açıqlama verib.

    Açıqlamada Smotriç "medianın bir daha sözlərimi təhrif etməyə çalışdığını" iddia edərək, bu dəfə fələstinlilərə qarşı "qeyri-mütənasib şiddət" çağırışı edib.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR