AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Medianın İnkişafı Agentliyindən B Ə Y A N A T

  • + A
  • - A
  • 2-03-2023, 12:51

    Medianın İnkişafı Agentliyindən B Ə Y A N A T

    Medianın İnkişafı Agentliyi Bəyanat yaydı. Azadmedia.az sözügedən Bəyanatı təqdim edir:
    Youtube kanallarımıza haker hücumu ölkəmizin informasiya təhlükəsizliyinə təhdiddir

    1 mart 2023-cü il tarixində Azərbaycanın “Səs” və “Yeni Müsavat” media qruplarına məxsus “Youtube” platformasında fəaliyyət göstərən eyniadlı kanallar kənar müdaxiləyə məruz qalmış, onların arxivi silinmişdir.

    Ölkəmizin informasiya təhlükəsizliyinə yönəlmiş bu hücum bir daha sübut edir ki, milli informasiya məkanımız daim ictimai fikri çaşdırmaq istəyən qüvvələrin nəinki dezinformasiya və yanlış xəbərlər yayılması, habelə infrastruktura kənar müdaxilə etməklə informasiyanın mənbədən silinməsi və dəyişdirilməsi üsulundan istifadə etməklə hədəfinə çevrilir.

    Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi “Səs” və “Yeni Müsavat” media qruplarının “Youtube” kanallarına haker hücumunu ölkəmizin informasiya təhlükəsizliyinə təhdid hesab edir və bu kimi halların baş verməsinin qarşısının alınması məqsədilə media qurumlarını öz resurslarının mühafizəsinə daha həssas yanaşmağa, eyni zamanda həm media qurumlarını, həm də aidiyyəti dövlət orqanlarını qarşılıqlı əməkdaşlıq çərçivəsində tədbirlər görməyə çağırır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR