AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cənub gəncləri üçün “Bərabərlik üçün gənclərlə birlikdə” layihəsi keçiriləcək - ÖZƏL

  • + A
  • - A
  • 2-03-2023, 16:50

    Cənub gəncləri üçün “Bərabərlik üçün gənclərlə birlikdə” layihəsi keçiriləcək -

    Bakı, 2 mart — Azadmedia.az

    “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqəsinin qalibi olmuş “Bərabərlik üçün gənclərlə birlikdə” adlı layihə həyata keçirir.

    Gənclərin gender stereotipləri və sosial normalar haqqında məlumatlılığını artırmaq məqsədi ilə layihə çərçivəsində “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması” adı altında müxtəlif mövzulara toxunularaq təlimlər, oyunlar, qrup işləri, enercayzerlər və digər praktiki sessiyalar təşkil olunacaq.
    Layihənin həyata keçirilməsində məqsəd Yardımlı, Astara, Lerik rayonlarında yaşayan gənclər üçün gender bərabərliyi və qadın hüquqlarının qorunması sahəsində məlumatlılğın artırılması, aktual gender problemlərinin həllinə yönəlik maarifləndirmə kampaniyalarının artırılmasıdır. Layihə 1 fevral – 1 may tarixlərini əhatə edir.
    Layihənin çərçivəsində növbəti təlimləri 4-5 mart 2023-cü il tarixlərində Astara rayonunda baş tutacaq.
    Qeyd edək ki, layihə “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilati dəstəyi ilə həyata keçirilir.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR