AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranda kütləvi zəhərlənməyə görə 100-dən çox şəxs saxlanıldı

  • + A
  • - A
  • 12-03-2023, 11:00

    İranda kütləvi zəhərlənməyə görə 100-dən çox şəxs saxlanıldı


    İranda qız məktəblərində baş verən və ölkədə etirazlara səbəb olan kütləvi zəhərlənmə hadisələri ilə bağlı 100-dən çox şəxs saxlanılıb.

    Azadmedia.az xəbər verir ki, bu barədə İran Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Nazirliyin yaydığı məlumatda saxlanılan şəxslərin bəzilərinin düşmənçilik niyyətli olduğu, onların insanlar və tələbələr arasında qorxu və təşviş yaratmağa çalışdığı, terror təşkilatları ilə əlaqələrinin olub-olmadığının müəyyənləşdirilməsi istiqamətində araşdırmaların davam etdirildiyi bildirilib.

    Qeyd edək ki, 2022-ci il noyabrın 30-dan İranda qız tələbələrin təhsil aldığı məktəblərdə kütləvi zəhərlənmə halları baş verib. Şagirdlərdə tənəffüs çətinliyi, ürəkbulanma, baş ağrısı və ətraflarda uyuşma kimi simptomlar müşahidə olunub. Məlumata görə, indiyədək 238 məktəbdə 5 mindən çox şagird zəhərlənib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR