AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Gürcüstan üçün Heydər Əliyev çox şey ifadə edir” - Nino Burcanadze

  • + A
  • - A
  • 12-03-2023, 12:20

    “Gürcüstan üçün Heydər Əliyev çox şey ifadə edir” - Nino Burcanadze


    "Heydər Əliyevi şəxsən tanımaq şansım olub, onun liderlik qabiliyyəti, müdrikliyi, səbri Azərbaycanın siyasi iqtisadi çətinliklərlə üzləşdiyi dövrdə böyük əhəmiyyət kəsb edirdi. O, Sovet dövründə vətəni Azərbaycan şərəflə xidmət etdi, Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın müstəqil ölkə kimi meydana çıxmasında güclənməsində rol oynadı”.

    AzadMedia.az apa-ya istinadən xəbər verir ki, bunu Heydər Əliyev Mərkəzində keçirilən "Heydər Əliyev 100: Həyatı və irsi" adlı tədbirdə Gürcüstan Parlamentinin sabiq spikeri Nino Burcanadze deyib.

    O bildirib ki, Heydər Əliyev Azərbaycan və Gürcüstan arasında yaxın qonşuluq, stabil münasibətlərin formalaşmasına töhfə verib:

    “Onun sayəsində xalqlarımız arasında ahəngdar, yaxın əlaqələr yarandı".

    Burcanadze Gürcüstanın qlobal enerji layihəsində fəal iştirakında Prezident Heydər Əliyevin rolunu vurğulayıb: "Gürcüstan üçün Heydər Əliyev çox şey ifadə edir."

    O, Prezident Heydər Əliyevlə görüşünü xatırladaraq onum bağlı təəssüratlarını bölüşüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR