AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda icra başçısının köməkçisi intihar etdi - YENİLƏNİB

  • + A
  • - A
  • 12-03-2023, 16:20

    Bakıda icra başçısının köməkçisi intihar etdi - YENİLƏNİB

    Xəbər verdiyimiz kimi, Nizami rayon İcra Hakimiyyəti başçısının köməkçisi Rauf Mehdiyev intihar edib.

    "Unikal" R. Mehdiyevlə bağlı bəzi məlumatlar əldə edib. R. Mehdiyev 2021-ci ildən Nizami rayon icra Hakimiyyəti Başçısının köməkçisidir. O, sabiq icra başçısı Arif Qasımovun dövründən köməkçi vəzifəsində çalışırdı və hazırki icra başçsı Coşqun Cəbrayılovun da köməkçisi idi.


    R. Mehdiyev Suraxanı rayonu Hövsan qəsəbəsində əlillər üçün tikilmiş binada yaşayırdı. Onun intihar səbəbi ailəsinə də məlum deyil.

    Qeyd edək ki, intihar edən köməkçi bu gün Abşeron rayonunun Məhəmmədi kəndində dəfn edilib.

    Seymur Əli

    xxx

    12:56

    Bakıda vəzifəli şəxs intihar edib.

    Azadmedia.az qafqazinfo-ya istinadən xəbər verir ki, Nizami rayon İcra Hakimiyyəti başçısının köməkçisi Mehtiyev Rauf Məhi oğlu intihar edib.

    O, gecə saatlarında özünü asaraq canına qəsd edib. R.Mehtiyevin hansı səbəbdən intihar etməsi bəlli deyil.

    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR