ABŞ-ın müdafiə naziri Lloyd Austin çərşənbə axşamı rusiyalı həmkarı ilə çərşənbə axşamı Rusiya ordusunun müdaxiləsi nəticəsində Qara dəniz üzərində düşən ABŞ dronunu müzakirə edib.
“Birləşmiş Ştatlar beynəlxalq qanunin icazə verdiyi yerlərdə uçmağa və fəaliyyət göstərməyə davam edəcək və Rusiya öz hərbi təyyarələrini təhlükəsiz və peşəkar şəkildə idarə etməlidir," deyən Austin yenicə Rusiya müdafiə naziri Sergey Şoyqu ilə telefonda danışdığını elan edib.
Rəsmilərin bildirdiyinə görə, bu, iki müdafiə naziri arasında oktyabrdan bəri baş tutan ilk telefon danışığıdır.
ABŞ ordusunun məlumatına görə, ABŞ-ın vurulan MQ-9 pilotsuz təyyarəsi çərşənbə axşamı beynəlxalq hava məkanında “adi əməliyyatlar” həyata keçirdiyi zaman Rusiyanın bir cüt Sukhoi Su-27 qırıcı təyyarəsi “MQ-9-un üstünə yanacaq töküb və önünə keçib.”
Ordu təyyarələrdən birinin ABŞ dronunun pərvanəsini vurub və bu, ABŞ qüvvələrinin dronu beynəlxalq sulara endirməsinə səbəb olub.
“Biz bu müdaxilənin qəsdən olduğunu bilirik. Biz bilirik ki, aqressiv davranış qəsdən olub. Biz də bunun çox qeyri-peşəkar və çox təhlükəli olduğunu bilirik” - deyə, Birləşmiş Qərargahlar Rəisi general Mark Milli çərşənbə günü jurnalistlərə bildirib.
Milli Rusiya təyyarəsi ilə dron arasındakı fiziki əlaqənin qəsdən olub-olmadığına "hələ ki, əmin olmadığını" deyib.
Milli həmçinin deyib ki, ABŞ-ın əlində aqressiv müdaxiləni əks etdirən video dəlil var. Sözçüsünün məlumatına görə, o həmçinin “təhlükəsizliklə bağlı bir sıra narahatlıq doğuran məsələlərlə” əlaqədar çərşənbə günü rusiyalı həmkarı ilə telefonda danışın.
Rusiya dronu sudan çıcarıb-çıxarmamağğı nəzərədən keçirdiyini bildirib, ancaq ABŞ rəsmiləri ABŞ əməliyyatçıları təyyarəni Qara dənizə göndərməzdən əvvəl Rusiyanın məxfi məlumat toplamasının qarşısını almaq üçün drondakı həssas proqram təminatını uzaqdan silə biliblər.
ABŞ-ın böyük hissəsinə Rusiyanın nəzarət etdiyi Qara dənizdə gəmiləri yoxdur.
“Ancaq bizim ərazidə çoxlu müttəfiqimiz və dostlarımız var və biz bərpa əməliyyatlarını həll edəcəyik. Bu, ABŞ-ın mülkiyyətidir,” – Milli söyləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.