AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallının Güllütəpə ərazisində Aprel şəhidi Firdovsi Bağırzadə anıldı

  • + A
  • - A
  • 9-04-2023, 10:49

    Masallının Güllütəpə ərazisində Aprel şəhidi Firdovsi Bağırzadə anıldı


    08 aprel 2023-cü il tarixdə rayonun Güllütəpə ərazisində 2016-cı il Aprel döyüşləri şəhidi Firdovsi Əliş oğlu Bağırzadənin anım mərasimi keçirilmişdir.
    Azadmedia.az-ın Cənub bürosunun rəhbəri Rəmzi Şahverdiyevin verdiyi məlumata görə anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov, Millət vəkili Məşhur Məmmədov, Masallı rayon İcra Hakimiyyətinin Başçısının müavini Adəm Məhərrəmov, Masallı rayon İcra Hakimiyyətinin Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə Qazisi Rəşid Talıbov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, şəhidin yaxınları, ziyalılar, ağsaqqallar və kənd sakinləri iştirak etmişlər.
    Mərasimdə Şəhid Firdovsi Bağırzadənin ailəsi xatirələrini bölüşmüş, rayon rəhbəri ailənin qayğıları ilə maraqlanmış, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələrinin intensiv artilleriya atəşinə məruz qaldığını lakin ordumuzun əks-həmlə ilə təxribatların qarşısını Nurlan kimi qəhrəmanlarımızın qanı və canı bahasına aldığını bildirmişdir. Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov şəhidin ailəsinə başsağılı vermiş, Xalqımızın şəhid adını daim uca tutduğunu və hər zaman qürurla andığını söyləmişdir.
    Mərasim iştirakçıları Şəhid Firdovsi Bağırzadənin Güllütəpə ərazisindəki məzarını ziyarət edərək ruhuna dualar oxumuş və ehtiramlarını bildirmişlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR