AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məşhur Məmmədov: "Ermənilər idmanı siyasətə qatmaqla xislətlərini bütün dünyaya göstərdi"

  • + A
  • - A
  • 15-04-2023, 15:42

    Məşhur Məmmədov: "Ermənilər idmanı siyasətə qatmaqla xislətlərini bütün dünyaya göstərdi"
    Məşhur Məmmədov
    Milli Məclisin deputatı


    Ermənistanın paytaxtı İrəvan şəhərində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının nümayişkəranə şəkildə yandırılmasını axşam mən də həyəcanla izlədim, baş verənlərdən təəssüf hissi keçirdim. Azadmedia.az xəbər verir ki, bu sözləri millət vəkili Məşhur Məmmədov bayrağımızın yandırılmasına münasibət bildirərkən bildirib.

    Ermənistanın yüksək vəzifəli şəxslərinin, o cümlədən baş nazirinin iştirak etdiyi tədbirdə belə bir barbarlıq əməlinin törədilməsi və əməli törədən şəxsin qəhrəman kimi qələmə verilməsi bu ölkədə etnik nifrətin, Azərbaycanofobiyanın bariz nümunəsidir deyən millət vəkili idmanın siyasiləşdirilməsinin qətiyyən yolverilməz olduğunu bildirdi:

    "Ermənilər Bakıya yarışa gələndə onlara göstərilən diqqət, medalın şəxsən cənab Prezident İlham Əliyev tərəfindən təqdim edilməsi bütün dünya mediasında manşetləri bəzədi. Hər kəs Azərbaycanın birgəyaşayışa hazır olduğunu, idmanı siyasətə qatmadığını, mübarizəmizin erməni vətəndaşları ilə yox, məqsədimizin sadəcə işğalda qalan torpaqların geri qayrarılması olduğunu gördü. İdmançılarımıza, bayrağımıza göstərilən münasibət ermənilərin verdikləri bütün sözlərə öhdəliklərə belə məsuliyyətsiz yanaşmasına sübutdur".

    Millət vəkili idmançılarımızın yarışa qatılmamasını doğru addım adlandırdı, mövcud şəraitdə bizim üçün Ermənistana yollanan heyətin sağlamlığı və təhlükəsiz vətənə qayıtmasının prioritet olduğunu bildirdi. M.Məmmədovun fikrincə, Ermənistan onların təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir.

    Beynəlxalq ictimaiyyətin, beynəlxalq idman təsisatlarının bu barbarlıq əməlini kəskin şəkildə pisləyəcəyinə inanırıq. Ölkə olaraq Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiya tətbiq etməyə çağırırıq.

    Azərbaycana qarşı törədilmiş bu utancverici hadisə Ermənistanın beynəlxalq idman yarışlarını keçirmək, idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını bütün dünyaya göstərdi. Digər ölkələr də bundan sonra Ermənistana nümayəndə göndərərkən iki dəfə fikirləşməli olacaq.

    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR