AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda Yeni intellektual bilik yarışı üzrə rayon birinciliyinə start verildi - FOTOLAR

  • + A
  • - A
  • 17-04-2023, 15:36

    Masallıda Yeni intellektual bilik yarışı üzrə rayon birinciliyinə start verildi -

    Masallı, 17 aprel — Azadmedia.az

    Masallıda Nə? Harada? Nə Zaman intellektual bilik yarışı
    üzrə rayon birinciliyinə start verildi.

    17 aprel 2023-cü il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin,”Masallı Gənclər evi”SXM-nın və Lənkəran-Astara regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev kuboku” üzrə Masallı rayon tam orta məktəbləri arasında Nə? Harada? Nə Zaman intellektual bilik yarışı üzrə rayon birinciliyinə start verildi.
    İlk olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirin açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsinin əhəmiyyətindən danışaraq, keçirilən bilik yarışınında, gənclərin Heydər Əliyev irsini daha yaxşı mənimsəməsində kömək olacağını bildirib. Sonra bütün komandlara uğurlar arzulayıb.
    Tədbirdə “Masallı Gənclər evi”SXM-nın direktoru Fuad Mənsimov və Lənkəran-Astara regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun əməkdaşı Əkbər Mahmudov, R.Əlihəsənov adına şəhər 1 saylı tam orta məktəbinin müəllimi, şəhid anası Mehriban Sultanova çıxış edərək ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələlərində öz xalqına sıx bağlı olduğundan danışaraq iştrakçılara uğurlar arzulamışlar.
    Sonra yarışın şərtləri haqqında məlumat verilib.
    Qeyd edək ki, 64 tam orta məktəbi əhatə edəcək yarşda 8 qrup uzrə oyunlar təşkil ediləcəkdir. Qruplar üzrə I yeri tutan məktəb komandaları “ Nə? Harada? Nə Zaman” bilik yarışının finalına, II yeri tutmuş məktəb komandaları “Breyn rinq” bilik yarışının finalına və III yeri tutmuş məktəb komandaları “Xəmsə” Milli İntellektual oyununun final mərhələsinə vəsiqə qazanacaqlar.








    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR