AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Səfir Vasnetsov Moldava Xarici İşlər Nazirliyinə çağırıldı - Rusiya

  • + A
  • - A
  • 19-04-2023, 17:07

    Səfir Vasnetsov Moldava Xarici İşlər Nazirliyinə çağırıldı -


    Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov arzuolunmaz şəxs elan edilən və Moldovaya buraxılmayan Tatarıstan rəhbəri Rüstəm Minnixanovun təyyarəsinin eniş etdiyi Kişinyov hava limanında baş verən insidentdən sonra ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

    Azadmedia.az “Sputnik-Moldova”ya istinadən xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Qeyd edək ki, R.Minnixanov Kişinyova gələndə Rusiya səfiri hava limanında olub və “nalayiq davranış nümayiş etdirib”. Eyni zamanda, səfirin “nalayiq davranışı”nın nə olduğu barədə məlumat verilməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR