AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ramazan ayında İsmayıllı rayonunda iftar süfrələri təşkil olunur

  • + A
  • - A
  • 19-04-2023, 16:30

    Ramazan ayında İsmayıllı rayonunda iftar süfrələri təşkil olunur

    İslamın ən şəfqətli və müqəddəs ayı hesab edilən Ramazan ayında imkansızlara yardım göstərmək, onlara bayram sevinci yaşadılması vacib əməllərdən sayılır. Bununla əlaqədar olaraq Ramazan ayında İsmayıllı rayonunda iftar süfrələri təşkil olunur.

    Növbəti belə bir iftar süfrəsi aprelin 18-də Qala Şadlıq Sarayında 300 nəfərin iştirakı ilə həyata keçirilib. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, RİHB-nin müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə baş tutmuş iftar mərasimi Qurani Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlamış, daha sonra müqəddəs kitabımız olan “Qurani Kərim”in bizə nazil olduğu bu ayın fəzilətindən danışılıb.

    Tədbirdə ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirildiyi vurğulanıb.

    Allah tutulan orucları və edilən duaları qəbul etsin!























    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR