AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda “Milli oftalmologiya elmini dünyada tanıdan Böyük alim” adlı tədbir keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 27-04-2023, 14:59

    Masallıda “Milli oftalmologiya elmini dünyada tanıdan Böyük alim” adlı tədbir keçirilib -

    Bakı, 27 aprel — Azadmedia.az

    27 aprel tarixində Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı, Masallı rayon Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının və Masallı Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə “Milli oftalmologiya elmini dünyada tanıdan Böyük alim” adlı tədbir keçirilib.

    Tədbirdə əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin, görkəmli oftalmoloq, alim Zərifə xanım Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, böyük alim olmaqla yanaşı, nümunəvi həyat yoldaşı olan Zərifə Əliyeva ümummili lider Heydər Əliyevin gərgin siyasi fəaliyyətində ona hər zaman mənəvi dayaq olub.
    Daha sonra Masallı Mərkəzi Xəstəxanasının direktoru İlqar Ramiz oğlu 1968-ci ildən başlayaraq Zərifə xanım Əliyevanın professional oftalmologiyanın problemləri ilə ciddi məşğul olduğunu qeyd edib.

    Daha sonra Masallı rayon Mərkəzi xəstəxananın oftalmoloq-həkimi Gülnarə Məmmədova geniş məruzə ilə çıxış edib.

    Masallı rayon Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının sədri Dilbər İbayeva çıxış edərək Masallı rayon Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər barədə əfraflı məlumat verib.
    Tədbirin yekununda Akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunan video-çarx nümayiş olunub.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR