AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezidenti İlham Əliyevlə ABŞ Dövlət katibi arasında telefon danışığı olub - "Laçın" sərhəd-buraxılış məntəqəsi

  • + A
  • - A
  • 1-05-2023, 08:00

    Prezidenti İlham Əliyevlə ABŞ Dövlət katibi arasında telefon danışığı olub -



    Azərbaycan-Ermənistan sərhədində "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib.

    Azadmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığında deyib.

    Belə ki, Azərbaycan Prezidenti vurğulayıb ki, məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir.

    Qeyd edək ki, telefon danışığı zamanı Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacağı qeyd edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR