AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşinyan Aİ missiyasının Ermənistana göndərilməsinin asan qərar olmadığını deyir

  • + A
  • - A
  • 4-05-2023, 23:44

    Paşinyan Aİ missiyasının Ermənistana göndərilməsinin asan qərar olmadığını deyir

    Ermənistanın baş naziri Nikol Paşinyan Aİ-nin respublikaya monitorinq missiyasının göndərilməsinin asan qərar olmadığını bildirib.

    Praqa Transatlantik Əlaqələr Mərkəzində çıxış edən hökumət başçısı qeyd edib ki, bir tərəfdən missiya heç bir təhlükəsizlik zəmanəti vermir və eyni zamanda yeni çağırışlar yarada bilər. Amma digər tərəfdən beynəlxalq ictimaiyyətin Cənubi Qafqaza diqqətinin saxlanması Ermənistan üçün vacibdir. Onun sözlərinə görə, dünya ictimaiyyətinin diqqəti demək olar ki, tamamilə Ukrayna hadisələrinə yönəlib və bu, Cənubi Qafqazda sabitliyin pozulması riskləri ilə doludur.

    Xatırladaq ki, fevralın 20-də Ermənistanda iki illik mandatla 100 nəfərdən ibarət yeni Avropa missiyası məskunlaşıb. Missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyi təşviq etmək, yerlərdə etimad yaratmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səyləri üçün əlverişli mühiti təmin etməkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR