AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Ukraynadakı müharibədən bir şey öyrənmişiksə, bu, Şimali Amerika və Avropanın bir yerdə olmasıdır - NATO Baş katibi

  • + A
  • - A
  • 10-05-2023, 08:36

    "Ukraynadakı müharibədən bir şey öyrənmişiksə, bu, Şimali Amerika və Avropanın bir yerdə olmasıdır -



    Avropa İttifaqı digər NATO ölkələrinin köməyi olmadan qitəni təkbaşına müdafiə edə bilməyəcək.

    Azadmedia.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq "The Washington Post"a müsahibəsində deyib.

    Belə ki, "Avropa İttifaqının müdafiə sahəsindəki səylərini alqışlayırıq. Biz bir-birini təkrarlamaqdan və rəqabətdən qaçmalıyıq, çünki Aİ qitəni qoruya bilmir. NATO-nun müdafiə xərclərinin 80%-i Aİ-yə daxil olmayan müttəfiqlərdən gəlir. Bu, həm də coğrafiya ilə bağlıdır. ABŞ, Kanada və Böyük Britaniya Avropanın müdafiəsi üçün həlledici rol oynayır”, - Deyə NATO-nun Baş katibi bildirib.

    Həmçinin onun sözlərinə görə, Şimali Amerika ilə Avropa arasında əlaqəni zəiflətmək cəhdləri yalnız NATO-nun deyil, həm də qitənin parçalanmasına gətirib çıxaracaq.

    Qeyd edək ki, "Ukraynadakı müharibədən bir şey öyrənmişiksə, bu, Şimali Amerika və Avropanın bir yerdə olmasıdır", - Stoltenberq qeyd edib.

    O əlavə edib ki, ABŞ, Kanada və Böyük Britaniya 2014-cü ildən Ukrayna hərbçilərinə təlim keçib və hazırda Ukraynaya əhəmiyyətli dəstək verirlər. Alyans rəhbərinin sözlərinə görə, Kiyevə yardımın 78%-i Aİ üzvü olmayan NATO müttəfiqlərinin payına düşür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR