AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda heyvandarlıq məhsullarının istehsalı artıb - Statistika

  • + A
  • - A
  • 19-05-2023, 18:08

    Masallıda heyvandarlıq məhsullarının istehsalı artıb -


    Masallı Rayon Statistika İdarəsindən Azadmedia.az-ın cənub bürosuna verilən məlumatda bildirilir ki, 2023-cü ilin yanvar-mart aylarında kənd təsərrüfatı üzrə məhsul buraxılışının ümumi dəyəri 23171,5 min manat təşkil etmişdir ki, onun da hamısı heyvandarlıq məhsullarının payına düşür. 2023-cü ilin yanvar-mart aylarında heyvandarlıq bölməsində diri çəkidə 1601,8 ton ət, 12764,7 ton süd və 18894,0 min ədəd yumurta istehsal edilmişdir. 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 0,8 ton, yumurta istehsalı isə ötən ilin müvafiq dövrünə nisbətən 4,0 min ədəd, süd istehsalı isə 0,9 ton artmışdır.

    Həmçinin məlumatda qeyd olunub ki, 01 aprel 2023-cü il vəziyyətinə rayonda 73992 baş iribuynuzlu mal-qara (ondan 37370 baş inək və camışlar), 95931 baş isə qoyun və keçi mövcud olmuşdur.

    Xatırladaq ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 479 baş (0,7 faiz), inək və camışların sayı 530 baş (1,4 faiz), qoyun və keçilərin sayı isə 277 baş (0,3 faiz) artmışdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR