AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonu YAP-nın inzibati binasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş dəyirmi masa təşkil edilib - FOTOLAR

  • + A
  • - A
  • 19-05-2023, 23:07

    Masallı rayonu YAP-nın inzibati binasında  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş dəyirmi masa təşkil edilib -


    Bakı, 19 may — Azadmedia.az

    Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində BDU-dan gələn nümayəndə heyəti ilə Masallı rayonunda Yeni Azərbaycan Partiyasının inzibati binasında Dəyirmi Masa keçirilib.

    Azadmedia.az xəbər verir ki, tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Masallı rayonu YAP-nın sədri Seyfəddin Əliyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, BDU-nun rektoru Elçin Babayev, Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov və BDU-dan gələn digər ziyalılar iştirak ediblər.

    Belə ki, dəyirmi masada öncə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib.

    Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə danışılıb, müstəqil dövlətimizin banisi, Azərbaycan xalqının xilaskarı olan Ümummilli Lider Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən, müstəqilliyimizin xilaskarı kimi tarixə düşən böyük Heydər Əliyevin siyasi irsinin bugünkü uğurlarından bəhs edilib.

    Ulu öndər Heydər Əliyev irsinin tələbələrə geniş tədrisi, onun Masallı rayonuna səfərləri, Masallı üçün gördüyü işlər geniş şəkildə müzakirə edilib.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR