AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonunda Ümummilli Liderin 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin deputatları və BDU-dan gələn nümayəndə heyəti ilə birgə ağacəkmə aksiyası keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 20-05-2023, 21:57

    Masallı rayonunda Ümummilli Liderin 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin deputatları və BDU-dan gələn nümayəndə heyəti ilə  birgə ağacəkmə aksiyası keçirilib -



    Bakı, 20 may — Azadmedia.az

    “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlərin keçirilməsi davam etdirilir.

    Masallı rayonunun Gəyəçöl kəndində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində ağacəkmə aksiyası təşkil olunub.

    Azadmedia.az xəbər verir ki, Masallı rayonunun Gəyəçöl kəndində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Milli Məclisin deputatları və BDU-dan gələn nümayəndə heyəti ilə birgə ağacəkmə aksiyası keçirilib.

    Belə ki, tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Masallı rayon və YAP Yasamal rayon təşkilatının sədrləri Seyfəddin Əliyev Bəxtiyar Nəbiyev, BDU-nun rektoru Elçin Babayev, deputatlar Məşhur Məmmədov, Anar İsgəndərov və BDU-dan gələn digər ziyalılar iştirak ediblər.

    Deputat Məşhur Məmmədov tərəfindən bildirilib ki, ağacəkmə aksiyasının məqsədi ölkəmizdə ətraf mühitin qorunmasına daim xüsusi diqqət və qayğı ilə yanaşan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin yaşıllaşdırma ənənələrinin irsini davam etdirməkdir.

    Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam edir.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR