AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Astarada Elm və Təhsil Nazirliyi və Astara Rayon İH-nin təşkilatçılığı, Milli Məclisin deputatlarının iştirakı ilə Ümummilli Liderin 100 illik yubileyi münasibətilə təhsil festivalı keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 20-05-2023, 23:16

    Astarada Elm və Təhsil Nazirliyi və Astara Rayon İH-nin təşkilatçılığı, Milli Məclisin deputatlarının iştirakı ilə Ümummilli Liderin 100 illik yubileyi münasibətilə təhsil festivalı keçirilib -


    Bakı, 20 may — Azadmedia.az

    “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlərin keçirilməsi davam etdirilir.

    Azadmedia.az xəbər verir ki, Astarada Elm və Təhsil Nazirliyi və Astara Rayon İH-nin təşkilatçılığı, Milli Məclisin deputatlarının iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təhsil festivalı keçirilib.

    Belə ki, tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin Astara şəhərindəki abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub.

    Astara şəhəri dənizkənarı park-bulvar ərazisində keçirilən festivalda Elm və Təhsil naziri Emin Əmrullayev, Gənclər və İdman naziri Fərid Qayıbov, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili , deputatlar Məşhur Məmmədov, Ceyhun Məmmədov, Etibar Əliyev, Razi Nurullayev
    Anar İsgəndərov tanınmış ictimaiyyət nümayəndələri, ali, orta ixtisas və ümumtəhsil müəssisələrinin pedaqoji heyəti, məktəblilər, rayon ictimaiyyəti və media nümayəndələri iştirak ediblər.

    Xatırladaq ki, festivalın keçirilməsində məqsəd özəl sektor və ölkə üzrə təhsilin inkişafı üçün digər maraqlı tərəflər arasında regionda əməkdaşlıq platformasının yaradılmasına dəstək verməkdir.

    Təhsil festivalında ali, orta ixtisas və peşə təhsil müəssisələri, həmçinin beynəlxalq, respublika idman yarışlarının və müxtəlif layihələrin qalibləri təqdimatlarla çıxış etmiş, düzgün ixtisas seçimi, təhsil kreditləri ilə bağlı məlumatlar verilmiş, xarici dillərdə dialoqlar aparılmış, kitab sərgisi və flaşmob nümayiş etdirilmiş, şagirdlər tərəfindən muxtəlif musiqi nömrələri təqdim edilmiş, Vətən müharibəsi iştirakçıları olan təhsil işçiləri ilə görüşlər təşkil olunub.

    Həmçinin festivalda iştirak edən müəssisələr xidmət və məhsullarını nümayiş etdiriblər.

    Qeyd edək ki, “Təhsil festivalı”nın gedişində iştirakçılar tərəfindən edilən təqdimatları maraqla qarşılayan izləyicilər gənc nəslin intellektual səviyyəsinin yüksəlməsinə xidmət edən belə tədbirlərin paytaxtla yanaşı regionlarda keçirilməsini yüksək qiymətləndirərək, regionların inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.















    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR