AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əməkdar artist Elxan Qasımov vəfat edib - SON DƏQİQƏ

  • + A
  • - A
  • 29-05-2023, 20:02

    Əməkdar artist Elxan Qasımov vəfat edib -


    Bakı, 29 may — Azadmedia.az

    Azərbaycan mədəniyyətinə və kino ictimaiyyətinə itki üz verib. Respublikanın Əməkdar artisti, tanınmış aktyor, rejissor Elxan Qasımov mayın 29-da, 78 yaşında vəfat edib.
    Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) SSRİ Xalq artisti Adil İsgəndərovun kursunda aktyorluq (1962–1966), Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda rejissorluq (1973–1978) ixtisası üzrə ali təhsil alıb.
    Tələbə ikən çəkildiyi "Əhməd haradadır" (1963) filmi (sürücü Əhməd) ilə tanınan və tamaşaçı rəğbəti qazanan Elxan Qasımov 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb. Müxtəlif filmlərdə yaddaqalan rollar oynayıb, rejissor kimi “Köhnə bərə”, “Biz qayıdacağıq” filmlərinə quruluş verib. Həmçinin sənədli filmlərin, "Mozalan" kinosüjetlərinin müəllifidir.
    Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.
    Elxan Qasımovun əziz xatirəsi onu tanıyanların, həmkarlarının, kinosevərlərin qəlbində yaşayacaq.
    Allah rəhmət eləsin.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR