AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident İlham Əliyevlə Paşinyan arasında Kişinyovda görüş olacaq - TARİX

  • + A
  • - A
  • 31-05-2023, 15:09

    Prezident İlham Əliyevlə Paşinyan arasında Kişinyovda görüş  olacaq - TARİX

    ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Moldovanın paytaxtı Kişinyovda Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirəcəyini açıqlayıb.

    İclas iyunun 1-də Avropa Siyasi Birliyinin sabah başlayacaq sammiti çərçivəsində baş tutacaq.

    “Biz Ermənistanla Azərbaycan arasında danışıqların davam etdiyini görməkdən şadıq. ABŞ dövlət katibi Entoni Blinkenin bir qədər əvvəl qeyd etdiyi kimi, Cənubi Qafqazda sülhə nail olmaq realdır. Ermənistan və Azərbaycan liderləri bu həftənin sonunda Kişinyovda avropalı tərəfdaşlarımızla görüşəcəklər. Ümid edirik ki, bu, bu məsələlərin güc yolu ilə deyil, danışıqlar masası arxasında həlli istiqamətində məhsuldar addım olacaq. Konstruktiv dialoq – həm ictimai, həm də özəl – sülh, imkan və ümid yarada bilər. Birləşmiş Ştatlar davamlı və layiqli sülh sazişinin əldə edilməsi üçün hər iki tərəfin səylərini dəstəkləməyə hazırdır”, - Miller bildirib.

    Azadmedia.az xatırladır ki, bundan əvvəl Əliyev və Paşinyan arasında iyunun 1-də Kişinyovda Fransa prezidenti və Almaniya kanslerinin iştirakı ilə keçiriləcək sammit çərçivəsində mümkün görüşü barədə məlumat verilmişdi. Lakin o zaman rəsmi Bakı belə bir görüşdə iştirakla bağlı yekun qərar vermədiyini bildirmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR