AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ölkəmiz həm daxili, həm də xarici siyasətdə daim yeni-yeni uğurlara imza atır - ÖZƏL

  • + A
  • - A
  • 2-06-2023, 12:45

    Ölkəmiz həm daxili, həm də xarici siyasətdə daim yeni-yeni uğurlara imza atır -


    Bakı şəhəri 31 may-3 iyun tarixlərində üç mötəbər tədbiri bir ad altında birləşdirən Bakı Enerji Həftəsinə ev sahibliyi edir. 30 ilə yaxındır ki Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır.İlk olaraq 1994-cü ildə Bakıda neft-qaz sərgisi keçirilb və həmin il də məhz “Əsrin müqaviləsi” imzalanıb.Ulu öndər Heydər Əliyevin şah əsəri olan1994 –cü ildə bağlanılan“ Əsrin müqaviləsi” ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və əlbəttə ki, Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu.
    Ulu öndərin layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyev apardığı uğurlu siyasətinin nəyicəsində Azərbyacan öz sözünü deyən dövlətə və beynəlxalq tədbirlər mərkəzinə çevrilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında iştirak edib.Bu sərginin keçirilməsi böyük əhəmiyətə malik olan və bütövlükdə enerji sahəsinə olan bir töhfədir.
    Tədbirin moderatoru,Böyük Britaniyanın “ICA Group” şirkətinin İdarə Heyətinin məsləhətçisi Rassel Teylor çıxış edərək qeyd edib ki, Bakı Enerji Həftəsi, eyni zamanda, önəmli bir hadisə ilə - Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin yubileyi ilə üst-üstə düşür. Prezident Əliyev 2023-cü ili “Heydər Əliyev İli” elan edib və buna görə də bütün sərgilərdə əlbəttə ki, bu mövzuya ayrıca xüsusi bir diqqət yetiriləcəkdir. Sərgi çərçivəsində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş stendin olduğunu söyləmişdir.
    Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimdə çıxışda söyləmidir:“Xəzər neft-qaz sərgisi 1994-cü ildə təşkil ediləndə ilk tədbir idi ki, Azərbaycanı dünyanın beynəlxalq enerji ictimaiyyətinə təqdim etdi. Biz təşkilatçılara davamlı dəstəyə görə təşəkkür edirik, eyni zamanda, onu da vurğulamaq istəyirəm və hesab edirəm ki, Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir. Mənim sözümün təsdiqi o ola bilər ki, kimlər bu tədbirə öz məktublarını ünvanlayır – ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Sunak. Bu, onun göstəricisidir ki, bizim bu tədbir qlobal əhəmiyyətə malikdir. Bu fürsətdən istifadə edərək, mən ABŞ Prezidentinə, Böyük Britaniyanın Baş nazirinə və onların buradakı nümayəndələrinə təşəkkürümü bildirmək istəyirəm ki, bizə xoş sözlər göndəriblər və onların sözləri bizi ruhlandırır.
    Biz 30 il ərzində enerji sahəsində uğurlu əməkdaşlıq edirik. Bu gün isə artıq bu sahələr şaxələndirilir, ABŞ və Böyük Britaniya hökumətləri hər zaman bizim bütün təşəbbüslərimizi dəstəkləyiblər ki, Azərbaycan öz resurslarını inkişaf etdirə bilsin. Əvvəlcə bu, neftə aid idi, indi isə qaz sahəsi burada söhbət mövzusudur. Biz nəhəng enerji infrastrukturu yaratmışıq ki, bu, Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Bu gün enerji təhlükəsizliyi əlbəttə ki, milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur.”
    Bütün bunlar onu söyləməyə əsas verir ki,Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz həm daxili, həm də xarici siyasətdə daim yeni-yeni uğurlara imza atır.


    Əntiqə Tağıyeva- Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR