"Sual yaranır ki, niyə ABŞ və Aİ birdən-birə Ermənistan-Azərbaycan nizamlanması məsələsində fəallaşıblar?"
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Əvvəllər, ilk növbədə, Aİ-dən heç kim Transqafqaz məsələlərinə o qədər də maraq göstərmirdi. İndi bəlkə də vəziyyət dəyişib. Gəlin tarixi təcrübəyə müraciət edək: Kənardan tətbiq edilən rejimin təklif və irəli sürdüyü sürətləndirilmiş sülh formulları heç vaxt yaxşı nəticyə gətirib çıxarmayıb", - deyə Zaxarova qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.