AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dünyada ABŞ, Çin və Rusiya da daxil olmaqla, ən azı üç fövqəldövlət var - Milli

  • + A
  • - A
  • 9-06-2023, 10:51

    Dünyada ABŞ, Çin və Rusiya da daxil olmaqla, ən azı üç fövqəldövlət var -


    Hazırda çoxqütblü dünyada ABŞ, Çin və Rusiya da daxil olmaqla, ən azı üç fövqəldövlət var. Bu, getdikcə daha aydın görünür.

    Azadmedia.az xəbər verir ki, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli deyib.

    Belə ki, “ABŞ SSRİ-nin dağılmasından sonra yeganə superdövlət olaraq qalırdı, lakin bu, dəyişib. İndi getdikcə daha aydın olur ki, biz həqiqətən də ən azı üç fövqəldövlətin - ABŞ, Çin və Rusiyanın olduğu çoxqütblü beynəlxalq mühitdəyik”, - deyə o bildirib.

    Həmçinin Milli qeyd edib ki, gələcək onilliklərdə dünya çox ciddi problemlər və böhranlarla üzləşəcək:

    “Bəzi dövlətlər öz regionlarında getdikcə daha əhəmiyyətli rol oynayırlar. Bir müddət sonra onlar da supergüc statusuna iddia etməyə başlayacaqlar”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR