AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın İtaliyadan alacağı yeni hərbi təyyarələr nəyə qadirdir?

  • + A
  • - A
  • 9-06-2023, 14:21



    Azərbaycanın İtaliyadan alacağı “C-27J Spartan” bazarda ən effektiv nəqliyyat təyyarələrindən hesab olunur.

    Hərbi təyyarə ən çətin coğrafi şəraitdə qısamənzilli uçuş və eniş missiyalarını yerinə yetirmək qabiliyyətinə malikdir. Bu, hərbi nəqliyyat missiyaları, paraşütçülərin və materialların havadan atışları, taktiki qoşun dəstəyi, xüsusi təyinatlıların əməliyyatları, humanitar yardım və fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün ideal hesab olunur.

    Təyyarənin ilk uçuşu 1999-cu ildə həyata keçirilib. 2006-cı ildə istifadəyə verilən “C-27J Spartan” ABŞ istehsalı “Lockheed Martin C-130J Super Hercules”lə eyni motor və texniki bazaya sahibdir. Sonradan bir neçə dəfə üzərində təkmilləşdirmələr aparılıb.

    Standart nəqliyyat konfiqurasiyasına əlavə olaraq, “C-27J Spartan”ın dəniz patrulu, axtarış və xilasetmə, idarəetmə, rabitə, kəşfiyyat, müşahidə döyüş missiyalarının icrası üçün xüsusi variantları hazırlanıb.
    “C27J Spartan”ın yükgötürmə qabiliyyəti 11,5 tondur. Hərbi hava gəmisinin uzunluğu 22,7 metr, qanadlarının eni 28,7 metr, hündürlüyü 9,64 metrdir. Maksimum sürət 602 km/saatdır.

    Təyyarənin ekipajı iki nəfərdən ibarətdir. “C-27J Spartan” 60-a qədər əsgər və ya 46 paraşütçü və ya 6 nəfərlik xərəklərdə 36 yaralı daşımaq imkanına malikdir.

    Hazırda istehsalçı İtaliya ilə yanaşı, Avstraliya, Bolqarıstan, Çad, Litva, Rumıniya, Slovakiya, Sloveniya, Türkmənistan, Meksika, Peru, Türkmənistan, Mərakeş, Çad, Keniya “C-27J Spartan” təyyarələrindən istifadə edirlər. Eyni zamanda ABŞ ordusunun arsenalında bu təyyarədən var. Lakin adı açıqlanmayan bir sıra digər ölkələrdə də bu təyyarədən istifadə edilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR