AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mədəniyyət naziri Gəncə şəhərində müəssisələrə baxış keçirib - FOTOLAR

  • + A
  • - A
  • 12-06-2023, 11:16

    Mədəniyyət naziri Gəncə şəhərində müəssisələrə baxış keçirib -

    Bakı, 12 iyun — Azadmedia.az

    Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Adil Kərimli iyunun 10-da Gəncə şəhərində vətəndaşları qəbul edib. Nazir Gəncə və Naftalan şəhərlərindən, Goranboy, Samux, Kəlbəcər və Xocalı rayonlarından, həmçinin digər bölgələrdən sakinlərin müraciət və təkliflərini dinlədikdən sonra Gəncə şəhərində bir sıra mədəniyyət və bədii təhsil ocaqlarına baş çəkib.
    Məqsəd bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, müvafiq təhsil ocaqlarının iş şəraiti, göstərilən xidmətlərin əhatə dairəsi və keyfiyyəti, eləcə də maddi-texniki bazasının mövcud vəziyyətinin yerində öyrənilməsidir.
    Adil Kərimli Gəncə şəhərində Nizami Gəncəvi Kinoteatrı (hazırda fəaliyyət göstərmir), Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası və filarmoniyanın Urban Mərkəzində olub, mərkəzdə şəhərin sənətkarları ilə görüşüb.
    Sonra nazir Gəncə şəhərinin tarixi mərkəzi – Cavadxan küçəsində sakinlərlə söhbət edib.
    Gəncə Regional Mədəniyyət İdarəsinin də fəaliyyət göstərdiyi Məhsəti Gəncəvi Mərkəzinə gələn nazirə mərkəz barədə məlumat verilib. Bildirilib ki, mərkəz Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib, 2014-cü ilin yanvarında açılışı keçirilib.
    Müəssisələrə baxış zamanı bu günün çağırışlarına cavab verməyən mədəniyyət obyektlərində işin yenidən qurulması, mövcud problemlərin aradan qaldırılması, fəaliyyətin səmərəli təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR