AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əliyev: Berluskoni Azərbaycan ilə İtaliya arasında dostluq və əməkdaşlığın inkişafına və genişlənməsinə böyük töhfə verib

  • + A
  • - A
  • 13-06-2023, 23:57

    Əliyev: Berluskoni Azərbaycan ilə İtaliya arasında dostluq və əməkdaşlığın inkişafına və genişlənməsinə böyük töhfə verib


    Çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyev İtaliya prezidenti Sercio Mattarellaya İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin vəfatı ilə bağlı başsağlığı verib.

    “İtaliyanın keçmiş Baş naziri, görkəmli dövlət və ictimai-siyasi xadim Silvio Berluskoninin vəfatı xəbəri məni dərindən kədərləndirdi.

    Silvio Berluskoni Azərbaycan ilə İtaliya arasında dostluq və əməkdaşlığın inkişafına və genişlənməsinə böyük töhfə verib.

    Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün İtaliya xalqına dərin hüznlə başsağlığı verirəm”, - Azərbaycan dövlət başçısının saytında dərc olunan məktubda deyilir.

    Silvio Berluskoni ötən cümə günü xəstəxanaya yerləşdirildiyi Milanın "San Raffaele" klinikasında 87 yaşında vəfat edib.

    Berluskoni dörd dəfə - 1994-1995, 2001-2005, 2005-2006 və 2008-2011-ci illərdə İtaliyanın baş naziri olub və bununla da bu vəzifədə qalmaq rekordçusu olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR