AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu ölkənin NATO-ya üvzlüyü məsələsində irəliləyiş əldə olundu - Stolnberq

  • + A
  • - A
  • 15-06-2023, 13:43

    Bu ölkənin NATO-ya üvzlüyü məsələsində irəliləyiş əldə olundu -


    “İsveçin NATO-ya üvzlüyü məsələsində irəliləyiş əldə olunub”.

    Azadmedia.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Ramştayn aviabazasında Ukraynanın müdafiəsi üzrə təmas qrupunun iclası başlamazdan əvvəl jurnalistlərə açıqlamasında deyib.

    Belə ki, hazırda bu istiqamətdə danışıqların davam etdirildiyini söyləyən baş katib bir neçə həftə əvvəl Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsveçin Alyansa daxil olması ilə bağlı fikir mübadiləsi apardığını xatırladıb.

    Həmçinin o, bu məsələdə irəliləyişlərin olduğunu vurğulayıb.

    Qeyd edək ki, Y.Stoltenberq İsveçin ötən il Madrid sammitində verdiyi bütün vədləri artıq yerinə yetirdiyini bildirib: “Lakin mən Vilnüsdə keçiriləcək sammitdə İsveçin Alyansın tamhüquqlu üzvü ola biləcəyinə əmin deyiləm. Biz başa düşməliyik ki, Türkiyənin müəyyən təhlükəsizlik məsələləri var”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR