AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mədəniyyət naziri Adil Kərimli Özbəkistanda TÜRKSOY-un 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edir - FOTOLAR

  • + A
  • - A
  • 19-06-2023, 11:48

    Mədəniyyət naziri Adil Kərimli Özbəkistanda TÜRKSOY-un 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edir -

    Bakı, 19 iyun — Azadmedia.az

    Azərbaycan Respublikası Mədəniyyət naziri Adil Kərimli Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edir.

    Nazir Adil Kərimli öncə Özbəkistan Dövlət Tətbiqi Sənət Muzeyində keçirilən "Türk dünyası" adlı sərgisinin açılışında iştirak edib.

    Sərginin açılışında Özbəkistan Mədəniyyət naziri Ozodbek Nazarbekov çıxış edərək Özbəkistanın Türk mədəniyyətinə verdiyi töhfələr, Özbəkistanın TÜRKSOY-un layihələrində iştirakı haqqında fikirlərini bölüşüb və təşkilatın əhəmiyyətindən danışıb.

    TÜRKSOY-un baş katibi Sultan Rayev Özbəkistanda keçirilən tədbirlər, təşkilatın 30 illik yubileyi, həyata keçirilən işlər və gələcəkdə Türk mədəniyyətinin təbliğinə dair reallaşdırılacaq layihələr haqqında məlumat verib.
    Sonra qonaqlar Özbəkistan Dövlət Tətbiqi Sənət Muzeyi, onun stendləri, müxtəlif guşələri ilə tanış olublar.

    Muzeyin həyətində açıq havada TÜRKSOY üzv dövlətləri ilə reallaşdırılan layihələrə dair fotosərgi təqdim edilib və hər bir ölkənin milli mətbəxinə dair stendə baxış keçirilib.
    Milli mətbəx sərgisində Özbəkistan, Azərbaycan, Qırğızıstan, Türkiyə, Qazaxıstan və Türkmənistanın mətbəxinə aid yeməklər təqdim olunub.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR