AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda "Tibb İşçilərinin Peşə Bayramı" qeyd olundu - FOTOLAR

  • + A
  • - A
  • 17-06-2023, 17:09

    Masallıda  "Tibb İşçilərinin Peşə Bayramı" qeyd olundu -



    RMX-da "Tibb İşçilərinin Peşə Bayramı" münasibətilə tədbir keçirilib.

    Azadmedia.az xəbər verir ki, tədbirdə Masalli Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov, YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev və digər rəsmi şəxslər iştirak ediblər.

    Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov öz çixişinda tibb işçilərinin Covid-19 virusu ilə mübarizə və ll Qarabağ döyüşçülərində fədakar zəhmətini qeyd edərək onlara minnətdarlığını bildirib.
    YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev və Masallı RMX-nin direktoru İlqar Ramiz oğlu çıxış edərək tibb işçilərini peşə bayramı münasibətilə təbrik ediblər. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə bir qrup tibb işçiləri fəxri fərmanlarla təltif olundular. Həmçinin Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olan gənclərə partiya biletləri təqdim edilib.

    Sonda RİH-nin başçı Dializ şöbəsində müalicə alan xəstələrlə görüşüb.












    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR