AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev regionda yeni təhlükələrin olduğunu bəyan edib

  • + A
  • - A
  • 23-06-2023, 14:58

    İlham Əliyev regionda yeni təhlükələrin olduğunu bəyan edib

    Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan ordusunun quruculuğu prosesi İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra xüsusi miqyas alıb.

    O xatırladıb ki, Azərbaycan torpaqlarının işğalı dövründə ordu quruculuğu Azərbaycan üçün bir nömrəli vəzifə olub.

    "Ordunun, Silahlı Qüvvələrin torpaqlarımızın işğaldan azad edilməsinə hazırlığına xüsusi önəm verildi və biz buna nail olduq". Azadmedia.az xəbər verir ki, Prezident İlham Əliyev cümə günü Azərbaycan Ordusunun komandanlığının hərbi hissələrindən birinin Döyüş Bayrağının təqdim edilməsi mərasimində qeyd edib ki, Azərbaycan Respublikası öz ordusunu qurmaq üçün əlavə addımlar atmağa davam edir, çünki buna böyük ehtiyac var.
    “Dünyada geosiyasi vəziyyət gərginləşir, regionumuzda yeni təhlükələr var, Ermənistanda revanşist qüvvələr başını qaldırır”, - deyə Azərbaycan lideri izah edib.

    Onun sözlərinə görə, ikinci Qarabağ müharibəsində Əlahiddə Ümumqoşun Ordu xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərib, bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolu var.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR