AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda “23 iyun - Dövlət Qulluqçularının peşə bayramı” qeyd olundu - FOTOLAR

  • + A
  • - A
  • 23-06-2023, 20:59

    Masallıda  “23 iyun - Dövlət Qulluqçularının peşə bayramı” qeyd olundu -


    Bakı, 23 iyun — Azadmedia.az


    23 iyun – Dövlət Qulluqçularının peşə bayramı günü münasibətilə rayon İcra hakimiyyətinin konfrans zalında tədbir keçirilmişdir. Rayon İcra hakimiyyətinin başçısı Araz Əhmədov dövlət qulluqçularını peşə bayramı günü münasibəti ilə təbrik edərək qeyd etmişdir ki, respublikamızın Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə 23-iyun Azərbaycan Respublikasının dövlət qulluqçularının peşə bayramı günü elan olunub.

    «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanunu qəbul edildikdən sonra onun tətbiqi mexanizmini yaratmaq məqsədi ilə cənab Prezident tərindən onlarla qanun, fərman və sərəncamlar imzalanmış, dövlət qulluğunun bütün əsas istiqamətlərinin qanunvericilik yolu ilə tənzimlənməsini təmin etmək məqsədilə əsasnamələr, qaydalar, nümunələr təsdiq edilmişdir.

    Tədbirin sonunda dövlət qulluğunda fərqlənən bir qrup dövlət qulluqçusuna rayon İcra Hakimiyyətinin Başçısı və Dövlət idarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon komitəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim olundu.












    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR