AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Dövlət Departamenti: Birbaşa dialoq Azərbaycan və Ermənistan arasında sülhün açarıdır

  • + A
  • - A
  • 27-06-2023, 23:25

    ABŞ Dövlət Departamenti: Birbaşa dialoq Azərbaycan və Ermənistan arasında sülhün açarıdır

    Birbaşa dialoq Azərbaycan və Ermənistan arasında sülhün təmin olunmasının açarıdır. Azadmedia.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller növbəti brifinqdə deyib.

    "Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın sülh prosesində məhsuldar iştirak etmək üçün son səylərini alqışlayır. Bu gün görüşün ilk günü idi, müzakirələr iyunun 29-dək davam edəcək. Biz bu prosesin inkişafı üçün onlara hər cür kömək göstərməyə davam edəcəyik. "deyən Dövlət Departamentinin sözçüsü vurğulayıb ki, dövlət katibi Entoni Blinken dəfələrlə hər iki ölkənin xarici işlər nazirləri ilə danışıqlar aparıb.

    "Biz bu görüşlərin vacib olduğunu düşünürük. Bu həftə irəliləyiş əldə etməyin vacib olduğunu düşünürük", - Miller əlavə edib.

    Xatırladaq ki, iyunun 27-də ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla ikitərəfli görüşlər keçirib. Daha sonra üçtərəfli formatda görüş keçirilib.

    Danışıqlar iyunun 29-dək davam edəcək


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR