AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazir Ceyhun Bayramov Belarus xarici işlər naziri Sergey Aleynik ilə görüşüb - XİN

  • + A
  • - A
  • 6-07-2023, 20:48

    Nazir Ceyhun Bayramov Belarus xarici işlər naziri Sergey Aleynik ilə görüşüb -

    Bakı, 6 iyul — Azadmedia.az

    5 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Belarus Respublikasının xarici işlər naziri Sergey Aleynik ilə görüşüb.

    Görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə mövcud ikitərəfli, habelə çoxtərəfli platformalarda əməkdaşlıq müzakirə edilib.

    Həmkarını bu yüksək vəzifəyə təyinatı münasibətilə bir daha təbrik edən nazir Ceyhun Bayramov, iki ölkə arasında bütün səviyyələrdə səmərəli təmasların mövcud olduğunu qeyd edib. Xarici işlər naziri Ceyhun Bayramov həm ikitərəfli, həmdə çoxtərəfli müstəvilərdə iki ölkə arasında bir birinin maraqlarını nəzərə alan səmərəli təmasların və əməkdaşlığın mövcud olduğunu söyləyib.

    Öz növbəsində nazir Sergey Aleynik, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün bir sıra mötəbər tədbirlərlə qeyd edildiyini məmnunluqla vurğulayıb. Belarus xarici işlər naziri habelə ölkələr arasında kənd təsərrüfatı, turizm, maşınqayırma və digər sahələrdə geniş tarixi əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib.

    Görüş zamanı digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR