AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran BMT Təhlükəsizlik Şurasının nüvə razılaşması ilə bağlı iclasına bu səbəbə görə etiraz edib - İranın BMT-dəki səfiri

  • + A
  • - A
  • 7-07-2023, 15:35

    İran BMT Təhlükəsizlik Şurasının nüvə razılaşması ilə bağlı iclasına bu səbəbə görə etiraz edib -


    İran Ukrayna nümayəndəsinin iyulun 6-da BMT Təhlükəsizlik Şurasının nüvə razılaşması ilə bağlı 2231 saylı qətnamənin icrasına baxılmasına həsr olunmuş iclasına dəvət edilməsinə etiraz edib.

    Azadmedia.az xəbər verir ki, bu barədə İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Səid İrvaninin yaydığı bəyanatda bildirilib.

    Belə ki, o, Təhlükəsizlik Şurasına sədrlik edən Britaniyanı tənqid edərək, bu iclasda Ukrayna nümayəndəsinin iştirakını “Təhlükəsizlik Şurasına sədrlik prosesindən və vəzifəsindən sui-istifadənin” göstəricisi kimi dəyərləndirib.

    Qeyd edək ki, İrəvani müzakirə olunan mövzunun Ukrayna ilə heç bir əlaqəsi olmadığını deyib, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü “münaqişə” adlandıraraq İranın bu məsələdə tərəfsiz olduğu barədə iddiaları təkrar edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR