Rusiya rəqəmsal məkanda ABŞ üçün kəskin təhlükə yaradır, Vaşinqton və onun müttəfiqlərinə qarşı kiberhücumlar etməyə hazırdır.
Azadmedia.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin kiber strategiyası ilə bağlı dərc olunmuş sənəddə deyilir.
Belə ki, "Rusiya kiberməkanda ABŞ üçün kəskin təhlükə olaraq qalır. Rusiya manipulyasiya etmək və seçkilərə inamı sarsıtmaq məqsədilə ABŞ-a qarşı bədxah təsir göstərmək üçün səylər göstərib", - deyə bildirilir.
Qeyd edək ki, Strategiyanın mətninə əsasən, Rusiya casusluq, təsir və hücumlar sahəsində öz imkanlarını təkmilləşdirməyə davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.