NASA kəşf edilmiş 17 ekzoplanetin qalın buz təbəqələrinin altında yeraltı okeanların ola biləcəyini müəyyən edib.
Azadmedia.az xəbər verir ki, bu barədə "Astrofizikal Jurnal" məlumat yayıb.
Belə ki, "Bu, həyatın kimyəvi əlamətlərini axtarmaq üçün perspektivli yerlər ola bilər. Onların dəqiq tərkibi qeyri-müəyyən qalsa da, əvvəlki tədqiqatlardan səth temperaturları barədə təxminlər ekzoplanetlərin Yerdən əhəmiyyətli dərəcədə soyuq olduğunu göstərir", - deyə məlumatda bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.