AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Cinayət prosesində uşaq hüquqlarının müdafiəsi” mövzusunda təlim keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 19-04-2024, 08:41

    “Cinayət prosesində uşaq hüquqlarının müdafiəsi” mövzusunda təlim keçirilib -


    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Türkiyə Respublikası Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən “Azərbaycan və Türkiyə Hökumətləri arasında imzalanmış ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı” çərçivəsində türkiyəli ekspertlərin iştirakı ilə 17-18 aprel 2024-cü il tarixilərində “Cinayət prosesində uşaq hüquqlarının müdafiəsi” mövzusunda iki günlük təlim keçirilib.

    Komitənin aparat rəhbəri Ceyran Rəhmətullayeva tədbirdə açılış nitqi ilə çıxış edərək, ixtisaslaşmış uşaq məhkəmələri, uşaq polisi və uşaq prokurorlarının təsis edilməsi və uşaqların tələbatına uyğun xidmətlərin yaradılması istiqamətində Türkiyə Respublikasın müsbət təcrübəsinin öyrənilməsi və Azərbaycanda təşviqi ilə bağlı əməkdaşlıq münasibətlərinin əhəmiyyətindən danışıb.

    Təlim Türkiyə Respublikasında cinayət təqibi üzrə yetkinlik yaşına çatmayanlar barəsində məhkəməyədək icraatın xüsusiyyətləri, cinayətlərin araşdırılması zamanı zərərçəkmiş və ya şahid olan uşaqların hüquqlarının müdafiə (dəstək) təminatı, prokurorluq orqanlarının uşaq hüquqlarının müdafiəsi üzrə qurumlarla əməkdaşlıq üsulları, “Uşaqların cinsi istismar və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurasının Konvensiyası (Lansarote Konvensiyası) üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Türkiyə təcrübəsi və sair mövzuları əhatə edib. Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər nazirliyinin hüquq hüşavirləri Mücahit Gülşen və Cem Kurt tərəfindən keçirilən təlimdə Türkiyə Respublikasının Baş Prokurorluğun əməkdaşı da canlı bağlantı vasitəsilə iştirak edib.

    Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində keçirilən təlimlərdə ümümilikdə 80 nəfər prokuror iştirak edib.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR