AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hindistanda faciə: dini vaiz Baba ilə görüşə gələn 121 nəfər ÖLDÜ

  • + A
  • - A
  • 3-07-2024, 10:21



    Hindistanın Uttar Pradeş ştatında keçirlən dini toplantıda yaranmış izdiham nəticəsində 121 nəfər ölüb, 28 nəfər yaralanıb.

    Bu barədə yerli polis jurnalistlərə bildirib.

    Çərşənbə axşamı dini vaiz Bhole Baba ilə görüşə 50 min insanın gəldiyi hadisə yerində kriminoloqlar və məhkəmə ekspertləri işləyir. Hadisənin təşkilatçılarına qarşı iş açılıb. Polis fövqəladə vəziyyətdən sonra yoxa çıxan moizəçinin özünü axtarır. Onun xeyriyyə fondunda və evində axtarış aparılıb.

    İzdiham Baba öz tərəfdarlarının toplantısından çıxarkən başlayıb. İnsanlar ehtiram əlaməti olaraq ayaqlarına toxunmaq üçün onun arxasınca qaçıblar. Onların çoxu yerə yıxılıb. Vaizin mühafizəçiləri onun avtomobili uzaqlaşana qədər hadisə yerindən çıxışı bağlayıblar. Bu müddət ərzində yerə yıxılanlar izdihamın ayaqları altında qalaraq əzilib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR